Düz çıxmaz
Yazar: Qurbanlı @ İyun 13, 2009“Aşiq olma” dili-bimarə desəm, düz çıxmaz,
“Yanma” pərvanələrə “narə” desəm, düz çıxmaz.
Dərdimi mən necə izhar eləyim dosta-yada,
Dost əlac eyləməz, əğyarə desəm, düz çıxmaz.
Nə deyim onlara ki, zülfə salıblar mehri,
“Siz də mən tək çəkilün darə” desəm, düz çıxmaz.
Desələr yarə “yaraşmır ağ üzə qarə teli”,
Demərəm mən ki, ağa qarə desəm, düz çıxmaz.
Yarə “məhparə” deyən var, demərəm mən əsla,
Bütöv aydır, ona məhparə desəm, düz çıxmaz.
Şou-biznes
Yazar: Qurbanlı @ İyun 5, 2009İllərdi ki dillərdə olub car şou-biznes,
Etmiş bu sənət meydanını dar şou-biznes!
Dostlar, bu sənət meydanı gör kimlərə qaldı,
Hər yoldan ötən ulduz olub oynadı, çaldı...
Yazıq peşəkarlar, korifeylər yalan oldu,
Bunlar nə “əmək” çəkdi, əməkdar adı aldı?
Ixrac eləyir yoxsa əməkdar şou-biznes?
Bir-birlərinin bəhsinə lütləşdilər, eyvay!
Kim harda kimi tapdısa cütləşdilər, eyvay!
Bundan sora gənc nəslə ümid bağlamayaqmı?
Bir çoxları birdən-birə kütləşdilər, eyvay!
Əlbəttə, səbəbkar və günahkar şou-biznes!
Etmiş kimisin kor, kimisin kar şou-biznes!
Artıq unudub xalq O müqəddəs YARa eşqi,
Cahillər əcəb bağladılar bulvara eşqi!
Həm zahiri, həm batini gözlər qapanıbdı,
Şöhrət mərəzi, gündəm azarı, para eşqi...
Qaytardı çoxun səhnəyə təkrar – şou-biznes!
Bağlı qapı
Yazar: Qurbanlı @ May 28, 2009
(satirik şer)

Mənə zülm еyləmə, еy bаğlı qаpı,
Mən ki yumruqlа səni döyməmişəm!
Bаsmışаm zəngini səssiz, mədəni
Səbr еdib gözləmişəm cib güdəni.
Görüb hirslənməmişəm hər gədəni
Lаl оlub, təkcə bаşın tərpədəni
Аğzıgöyçəklərə хаs söyməmişəm!
Mənə zülm еyləmə, еy bаğlı qаpı,
Mən ki yumruqlа səni döyməmişəm!
ABŞ-da Məhəmməd Əmin Rəsulzadənin yazdığı kitab tapılıb
Yazar: Qurbanlı @ May 28, 2009
Los-Angeles Universitetinin kitabxanasında 28 May 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin yazdığı və imzaladığı kitab tapılıb.
“Ədəbi mühitdə nəsillərarası münaqişə mövcuddurmu?"
Yazar: Qurbanlı @ May 28, 2009
Bu mövzuda yaşlı və gənc nəsil yazarlar arasında debat keçirilib


Mayın 27-də Azərbaycan Media Mərkəzində “Yeni Nəsil Jurnalistlər Birliyi”nin təşkilatçılığı ilə “Ədəbi mühitdə nəsillərarası münaqişə mövcuddurmu?” mövzusunda debat keçirilib. Qeyd edək ki, debatda yaşlı nəslin təmsilçiləri yazıçı Seyran Səxavət və Aqil Abbas, gənc nəsil yazarlar tərəfdən isə Aqşin və Günel Mövludun üz-üzə gələcəyi nəzərdə tutlmuşdu. Lakin yaşlı nəsil yazarları təmsil edəcək tərəfdən Aqil Abbas müəyyən səbəblərə görə debata qatılmadığından, yazıçı Seyran Səxavət “tək qalıb”.
YAŞASIN ÖLMƏK!
Yazar: Qurbanlı @ May 25, 2009
Gənc yazar Seyid Raminin işıq üzü görmüş ilk kitabı belə adlanır


Gənc yazar Seyid Raminin "Yaşasın ölmək" adlı ilk kitabı nəşr olunub. Bu barədə müəllif özü məlumat verib.
Kitabda yazarın müxtəlif vaxtlarda yazdığı miniatürlər, etüdlər, hayqular və kiçik həcmli şeirləri toplanılıb.
Uçurum, yoxsa qurum?
Yazar: Qurbanlı @ May 23, 2009 ***
Bu qurum əzdi məni
"Kеçidin" cövründə,
Nə kеçiddir bu kеçid,
kеçir öz tövründə?
Kеçmirəm bir tərəfə
bu "Kеçid dövrü"ndə
Yеriyim, yохsа durum?
Nə аğırdır bu durum
Uçurum, yохsа qurum;
nə qurumdur bu qurum?
Təbrizdə Milli Hərəkatın daha bir dalğası
Yazar: Qurbanlı @ May 22, 2009Aksiyaçıların sayı 300 minə çatıb
Azərbaycanın güneyində may hadisələrinin ildönümü ilə bağlı tədbirlər davam edir. Güney Azərbaycanın başkəndi Təbriz şəhərində izdihamlı aksiya keçirilib. Aksiya günorta saatlarında başlanıb. Güney Azərbaycandan verilən məlumata görə, aksiyada 300 minə yaxın insan iştirak edib.
"Soyadlarımız məcburi milliləşdirilməlidir"!
Yazar: Qurbanlı @ May 19, 2009
Bu barədə Vətəndaş Həmrəyliyi Partiyası bəyanat yayıb
VHP Siyasi Şurasının adından yayılan bəyanatda bildirilir:
"1991-ci il oktyabrın 18-dən – Müstəqilliyin Bərpası Aktının qəbulundan 18 ilə yaxın vaxt keçməsinə və bu vaxt ərzində Azərbaycanın suf\veren ölkə kimi dünyada tanınmasına, beynəlxalq aləmdə bitərəf, bərabərhüquqlu, etibarlə tərəfdaş kimi özünü təsdiqləməsinə baxmayaraq, yenə də rus imperiyasından qalma yanlış ənənələrin davam etməsi təbii ki, bizi narahat etməyə bilməz. Bu sırada əsas yerlərdən birini isə 18 ildi müstəqil olan Azərbaycan vətəndaşlarının hələ də rus soyad sonluqlarından – ov, yev-lərdən ayrılmamasıdır.









